DÇ-2022: Qətərə ən çox futbolçu göndərən liqalar açıqlandı

DÇ-2022: Qətərə ən çox futbolçu göndərən liqalar açıqlandı

Bir neçə gün sonra başlanacaq Dünya çempionatında ən çox futbolçu ilə təmsil olunacaq liqaların sıralamsı açıqlanıb.

mediasport.az xəbər verir ki, 163 futbolçu ilə İngiltərə Premyer Liqası reytinqin lideridir.

İspaniya La Liqası 86 oyunçu ilə ikinci, Almaniya Bundesliqası 83 futbolçu ilə üçüncü sırada qərarlaşıb. Mundialda İtaliya A Seriyasından 70, Fransa Liqa 1-dən isə 58 oyunçu çıxış edəcək.

Səudiyyə Ərəbistanı çempionatı və ABŞ-ın MLS liqasından hərəyə 35, Qətər liqasından 33, Belçika liqasından 24, Meksika liqasından 23, Niderland Erediviziyasından, Portuqaliya liqasından və Türkiyə Super Liqasında hərəyə 19, Kosta-Rika Premyer Divizionundan 17 futbolçu DÇ-yə qatılır.