PÜŞK ATILDI: "Qarabağ"ın 1/16 finalda rəqibi müəyyənləşdi
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi baş tutub.
Mediasport.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə tarixində ilk dəfə Avroliqanın 1/16 mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ"ın rəqibi müəyyənləşib.
"Köhlən atlar" Çempionlar Liqasında qrupu 3-cü sırada başa vurmuş kollektivlərdən "Braqa" ilə qarşılaşacaq. Azərbaycan çempionunun ilk matçı səfərdə olacaq.
Potensial rəqiblər arasında "Qalatasaray" (Türkiyə), "Lans" (Fransa), "Benfika" (Portuqaliya), "Feyenoord" (Niderland), "Milan" (İtaliya), "Yanq Boyz" (İsveçrə) və "Şaxtyor" (Donetsk, Ukrayna) də var idi.
Xatırladaq ki, bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
Yarışın final görüşü İrlandiyanın Dublin şəhərində oynanılacaq.
UEFA Avropa Liqası. 1/16 final
"Braqa" (Portuqaliya) - "Qarabağ"
“Feyenoord” (Niderland) - "Roma" (İtaliya)
“Milan” (İtaliya) - "Renn" (Fransa)
“Lans” (Fransa) - "Frayburq" (Almaniya)
“Yanq Boyz” (İsveçrə) - "Sportinq" (Portuqaliya)
“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)
“Qalatasaray” (Türkiyə) - "Sparta" (Praqa, Çexiya)
“Şaxtyor” (Ukrayna) - "Marsel" (Fransa)