"Qarabağ"ın qənimi Almaniyada 9 top buraxdı, "Milan" evdə uduzdu
Yeni formatda təşkil olunan UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün əsas mərhələsinə start verilib.
Mediasport.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 6 qarşılaşma baş tutub.
Turnirin son çempionu "Real" doğma azarkeşlər önündə "Ştuttqart"ı məğlub edib.
İtaliyada keçirilən oyunda "Milan" əzəli rəqib "Liverpul"a uduzub.
Yarışın pley-offunda Azərbaycan çempionu "Qarabağ"ı üstələyən "Dinamo" (Zaqreb) Münhendə darmadağın edilib.
Turun digər oyunları 18-19 sentyabrda keçiriləcək.
UEFA Çempionlar Liqası. Əsas mərhələ. 1-ci tur
17 sentyabr
"Yuventus" (İtaliya) - PSV (Niderland, Eyndhoven) 3:1
"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə) 0:3
"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) 1:3
"Bayern" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 9:2
"Real" Madrid (İspaniya) - "Ştuttqart" (Almaniya) 3:1
"Sportinq" (Portuqaliya) - "Lill" (Fransa) 2:0