UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

UEFA Çempionlar Liqasında yarımfinalın cavab görüşlərinin ardından həftənin ən yaxşı futbolçusu məlum olub.

Mediasport.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels seçilib.

36 yaşlı almaniyalı Madrid "Real"ından braziliyalı rəqibi Vinisius Junyoru qabaqlayıb.

Xatırladaq ki, finala çıxan Dortmund təmsilçisinin təcrübəli üzvü PSJ ilə matçda həlledici qolu vurub - 1:0.