Kiyev "Dinamo"sundan darmadağın, "Fənərbağça"nın oyununda 7 qol
Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk görüşləri start götürüb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da meydana çıxdığı ilk oyun günündə 11 matç baş tutub.
Azərbaycan çempionu Cəbəllütariqdə, Joze Mourinyonu baş məşqçi postuna gətirən "Fənərbağça" isə İsveçrə səfərində sevinib.
Turun qalan 3 qarşılaşması bu gün oynanılacaq.
Komandalar arasında cavab görüşləri bir həftə sonra keçiriləcək.
UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar
"Bude Qlimt" (Norveç) - RFŞ (Latviya) 4:0
"Panevejis" (Litva) - "Yagelloniya" (Polşa) 0:4
"Linkoln" (Cəbəllütariq) - "QARABAĞ" (AZƏRBAYCAN) 0:2
APOEL (Kipr) - "Petrokub" (Moldova) 1:0
"Malmö" (İsveç) - "Klaksvik" (Farer adaları) 4:1
"Styaua" (Rumıniya) - "Makkabi Təl-Əviv" (İsrail) 1:1
"Dinamo" (Kiyev, Ukrayna) - "Partizan" (Serbiya) 6:2
"Santa Koloma" (Andorra) - "Midtyulland" (Danimarka) 0:3
"Ferensvaroş" (Macarıstan) - TNS (Uels) 5:0
"Luqano" (İsveçrə) - "Fənərbağça" (Türkiyə) 3:4
"Şamrok" (İrlandiya) - "Sparta" (Praqa, Çexiya) 0:2
24 iyul
21:30 PAOK (Yunanıstan) - "Boraç" (Bosniya və Herseqovina)
22:00 "Ludoqores" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus)
"Çelye" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya)