Çempionlar Liqası həyəcanı: 1/4 final oyunlarına start veriləcək

Çempionlar Liqası həyəcanı: 1/4 final oyunlarına start veriləcək

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin görüşlərinə start veriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun gününün ən maraqla gözlənilən qarşılaşması "erkən final" adlandırılan "Real" - "Mançester Siti" duelidir.

Digər matçda isə cari mövsüm həm daxili çempionatda, həm də avrokubokda kifayət qədər uğurlu çıxış edən "Arsenal" Almaniya nəhəngi "Bayern"i qonaq edəcək.

"Mançester Siti" - "Real" və "Bayern" - "Arsenal" cütlərinin cavab görüşləri 17 apreldə keçiriləcək.

Bu mərhələnin digər 2 oyunu sabah baş tutacaq.

UEFA Çempionlar Liqası. 1/4 final. İlk oyunlar

9 aprel

"Real" - "Mançester Siti"

"Santyaqo Bernabeu", 23:00.

"Arsenal" - "Bayern"

"Emireyts" stadionu, 23:00.