Yarımfinal oyunlarının hakimləri açıqlandı - UEFA Çempionlar Liqası

Yarımfinal oyunlarının hakimləri açıqlandı - UEFA Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb.

mediasport.az xəbər verir ki, sabah İspaniya paytaxtı Madriddə keçiriləcək "Real" - "Mançester Siti" (İngiltərə) qarşılaşmasını portuqaliyalı Artur Diaş idarə edəcək.

Yan xətt hakimləri kimi iş başında həmyerliləri Paulu Suareş və Pedru Ribeyru olacaqlar. Dördüncü hakim funksiyasını italiyalı Daniele Orsato yerinə yetirəcək.

İtaliyada baş tutacaq Milan derbisində isə ədaləti ispaniyalı Xesus Gil Mansano qoruyacaq. Mayın 10-na planlaşdırılan "Milan" - "İnter" görüşündə yan xətt hakimləri Dieqo Barbero və Anxel Nevado Rodriges, 4-cü hakim qismində Xose Sançes fəaliyyət göstərəcək.