Bayramlarımız mübarək!

Bayramlarımız mübarək!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür!

TARİX: 1989-cu ilin noyabrında keçirilən Məclis xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir.

Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq, Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.

1989-cu il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Bu gün həm də 2022-ci ilin son günüdür. Dünyanın bir çöx ölkəsi Yeni ili qarşılamağa hazırlaşır. Qarşıdan gələn 2023-cü il Qara Su Dovşanı və ya Pişik ilidir. Qədim əfsanələrə görə, Dovşan İli şərq simvolları arasında şərəfli yeri tutur. Çin təqviminə görə, 2023-cü il Su Dovşanı ilidir. Dovşan ili 2023-cü ilin 22 yanvarından başlayıb, 2024-cü ilin 9 fevral tarixinə qədər davam edir.

Bayramlarımız mübarək!