Avropa çempionatları tarixində ən çox qol vuran oyunçular - SİYAHI
Avropa çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Mediasport.az xəbər verir ki, sıralamada hazırda davam edən AVRO-2024-də yoluna davam edən sadəcə 2 futbolçu var: Alvaro Morata (İspaniya) və Antuan Qrizmann (Fransa).
Hər iki futbolçu Madrid "Atletiko"sunda forma geyinir.
Siyahıya Kriştianu Ronaldu başçılıq edir (Portuqaliya; 30 oyun, 14 qol).
Mişel Platini 2-ci (Fransa; 5 oyun, 9 qol), Alan Şirer 3-cü (İngiltərə; 9 oyun, 7 qol) pillədə qərarlaşıb.
Morata (15 oyun, 7 qol) və Qrizmann (16 oyun, 7 qol) müvafiq olaraq, 4 və 5-ci pillələri bölüşdürürlər.
Növbəti sıralarda Patrik Şik (Çexiya; 7 oyun, 6 qol), Rud van Nistelroy (Niderland; 8 oyun, 6 qol), Patrik Kluyvert (Niderland; 9 oyun, 6 qol), Ueyn Runi (İngiltərə; 10 oyun, 6 qol), Tyerri Anri (Fransa; 11 oyun, 5 qol) yer alıb.