"Football Rankings"in PROQNOZu: "Qarabağ" AL-də 18-ci yerdə durdu
X sosial şəbəkəsində populyar "Football Rankings" platforması cari mövsüm avrokuboklarda hansı klubun çempionluq sevinci yaşayacağına dair simulyasiya xarakterli proqnozunu təqdim edib.
Mediasport.az xəbər verir ki, təxminə görə, UEFA Avropa Liqasında ölkəmizi təmsil edən "Qarabağ" 18-ci yerdə qərarlaşıb.
Sıralamada avroliqanın çempionu "Qalatasaray", 16-cı sıranın sahibi "Fənərbağça" olub.
Türkiyənin digər təmsilçisi "Beşiktaş" 31-ci pillədə yer alıb.
"Başakşəhər" də Avropa Konfrans Liqasında 36 komanda arasında ilk "10-luq"dan kənarda qalıb.