Leo Messi və Erlinq Haalandı qabaqlayıb ilin idmançısı seçildi

Leo Messi və Erlinq Haalandı qabaqlayıb ilin idmançısı seçildi

İlin ən yaxşı idmançılarına verilən “Laureus” mükafatlarının qalibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ilin ən yaxşı kişi idmançısı serbiyalı tennisçi Novak Cokoviç seçilib.

Raketka ustası namizədlərdən futbolçular Lionel Messi, Erlinq Haaland, isveçli şüvüllətullanan Arman Düplantis, amerikalı sprinter Noa Laylz və niderlandlı pilot Maks Ferstappeni qaabaqlayıb.

İlin ən yaxşı qadın idmançısı adına “Barselona”nın futbolçusu Aytana Bonmati layiq görülüb.

Madrid “Real”ı və İngiltərə millisinin üzvü Cud Bellingem “İlin tərəqqisi”, amerikalı gimnast Simone Beyls “İlin geri dönüşü” mükafatını qazanıb.

Qadınlar arasında futbol üzrə son dünya çempionu İspaniya millisi “İlin komandası” olub.

Fiqurlu konkisürən Arisa Tryu “İlin idman hərəkəti”, tennisçi Didye de Qro əlil idmançılar üçün nəzərdə tutulan mükafata yiyələnib.

İspan tennisçi Rafael Nadalın sahib olduğu fond isə Hindistan və İspaniyadakı təməlqoyma və təhsil layihələrinə görə mükafatlandırılıb.