Bekkerin kobud səhvləri vacib matçda "Arsenal"a 3 xal qazandırıb

  Bekkerin kobud səhvləri vacib matçda "Arsenal"a 3 xal qazandırıb

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Londonda keçirilib.

Çempionluğa iddialılardan "Arsenal" doğma azarkeşləri qarşısında lider "Liverpul"u qəbul edib.

"Topçular" "qırmızılar"ın qapıçısı Alisson Bekkerin kobud səhvlərindən maksimum istifadə ediblər - 3:1.

Məğlubiyyətə baxmayaraq, "mersisaydlılar" 51 xalla turnir cədvəlinə başçılq edirlər.

Mikel Artetatın komandası 49 xalla ikinci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası. 23-cü tur

"Bornmut" - "Nottingem Forest" 1:1

"Çelsi" - "Vulverhempton" 2:4

"Mançester Yunayted" - "Vest Hem" 3:0

"Arsenal" - "Liverpul" 3:1