Benzia 59 dəqiqə oynadı, Əlcəzair millisi evdə Qvineyaya məğlub oldu
"Qarabağ"ın futbolçusu Yassin Benzianın Əlcəzair milli komandasında növbəti matçı uğursuz alınıb.
Mediasport.az xəbər verir ki, 30 yaşlı vingerin yığması DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində doğma meydanda Qvineyaya məğlub olub - 1:2.
Ağdam klubunun aparıcı üzvü 59 dəqiqə meydanda olub.
Benzianın komandası iyunun 10-da Uqandanın qonağı olacaq.
3 tura 6 xal toplayan Əlcəzair seçməsi 6 komandalı qrupda eyni xala malik Qvineya ilə 1-2-ci yerləri bölüşdürür.