Yığmamız Avropa çempionatının komanda yarışında 7-ci yeri tutdu
Polşada 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında komanda yarışlarına yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyini 7-ci pillədə başa vurub.
Cüdoçularımız ilk görüşdə tatami sahiblərinə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçilərimiz 1/4 finalda Almaniyaya 2:4 hesabı ilə uduzub. Yığmamız təsəlliverici görüşdə Rumıniya ilə bacarmayıb (2:4) və çempionatı 7-ci pillədə başa vurub.
Qeyd edək ki, yığmamız Avropa çempionatında şəxsi yarışlarda 5 medal qazanıb.
Komandamızın heyətində Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətovlə (73 kq) Ömər Rəcəbli (81 kq) isə bürüncə yiyələnib.