Millimiz Bakıda Slovakiyaya məğlub oldu - Millətlər Liqası

Millimiz Bakıda Slovakiyaya məğlub oldu - Millətlər Liqası

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının 4-cü turunda Slovakiya ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda xalsız qalan yığmamız doğma azarkeşlər önündə də məğlub olub.

Azərbaycan bu oyuna qədər İsveçə (1:3), Slovakiyaya (0:2) və Estoniyaya (1:3) uduzub.


UEFA Millətlər Liqası. Qrup mərhələsi. 4-cü tur


Azərbaycan - Slovakiya 1:3

Qollar: Toral Bayramov, 38 - Rahil Məmmədov, 15-avtoqol, Lukaş Haraslin, 76, David Duriş, 87.

Baş hakim: Rosit Saqqi.

Baş hakimin köməkçiləri: Morten Yensen və Anders Olav Dale.

Dördüncü hakim: Siqurd Krinqstad.

Tofiq Bəhramov adına Respublika stadionu. Bakı, Azərbaycan.

Azərbaycan: 1. Mehdi Cənnətov, 21. Qismət Alıyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 20. Aleksey İsayev, 18. Ceyhun Nuriyev, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.

Baş məşqçi: Fernandu Santuş.

Slovakiya: 1. Marek Rodak, 16. David Hanko, 14. Milan Şkrinyar (k),5. Lübomir Şatka, 2. Petar Pekarik,10. Lazslo Benes, 22. Stanislav Lobotka, 8. Ondrey Duda, 17. Lukaş Haraslin, 7. Tomaş Suslov, 15. David Streleç

Baş məşqçi: Françesko Kalsona.