Boksçumuz finalda!

Boksçumuz finalda!

Azərbaycan boksçusu Tural Sarıyev Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.

mediasport.az xəbər verir ki, 51 kq çəkidə rinqə çıxan yığma üzvü yarımfinalda Andrey Solovyovu (Rusiya) məğlub edib. Sarıyev 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, həlledici görüşə avqustun 24-də çıxacaq.

Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) və Şəmsi Şahbazov (71 kq) isə yarışı bürünc medalla başa vurub.