Yığmamızın Qazaxıstan planı
Kişilərdən ibarət boks üzrə Azərbaycan millisi Qazaxıstanda təlim-məşq toplanışı keçəcək.
Mediasport.az xəbər verir ki, yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda Almatıya yollanıblar.
Hazırlıq prosesində qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hamısı 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) yoxlayacaq.
Orada yerli boksçularla sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılıb.
Xatırladaq ki, bu gün start götürəcək toplanış fevralın 9-da başa çatacaq. Olimpiya çəki dərəcələri üzrə yığma üzvləri ABŞ-də toplanışdadırlar.