"Möhtəşəm təşkilatçılıq işləri aparılıb, yarışlar da maraqlı alınır”
“Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək”.
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının müşaviri Samir Hüseynov deyib.
O, bu yarışda titullu idmançıların çıxış etməsinin müsbət hal olduğunu bildirib:
“Çox möhtəşəm təşkilatçılıq işləri aparılıb. Yarışlar da maraqlı alınır. Bu cür turnirlər davamlı olacaq”.
Samir Hüseynov Azərbaycan Boks Federasiyasının 100 illiyi münasibəti ilə müxtəlif turnirlərin keçiriləcəyini də söyləyib:
“May ayında yeniyetmələr arasında “Heydər Əliyev” beynəlxalq turniri, eləcə də sentyabr ayında ilk dəfə olaraq boks gecələri versiyası üzrə yarışlar baş tutacaq. Bu da ölkəmizdə bu idman növünün inkişafına müsbət mənada təsir göstərəcək”.