Millimizin 10 üzvü Avropa Kubokunda mübarizə aparacaq

Millimizin 10 üzvü Avropa Kubokunda mübarizə aparacaq

Oktyabrın 8-də Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kuboku start götürəcək.

Mediasport.az xəbər verir ki, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan milli komandası əsas yığmanın üzvləri olmaqla 10 idmançı ilə mübarizə aparacaq.

Yarışda baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), Şamil Əskərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) qüvvəsini sınayacaq.

Bu gün səfərə yollanan yığma oktyabrın 16-da Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa Kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri ayın 14-də keçiriləcək.