Yığma komandamız reytinq cədvəlində 2 pillə irəliləyib

Yığma komandamız reytinq cədvəlində 2 pillə irəliləyib

Basketbolun 3x3 növü üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan yığması 2 pillə irəliləyib.

Komandamız 503,592 xalla dünya sıralamasının 3-cü pilləsində qərarlaşıb.

Basketbolçularımız yalnız Kanada (628,222) və Çindən (591,292) geri qalırlar.

Qeyd edək ki, kişilərin reytinq siyahısına 3047,718 xalla Serbiya başçılıq edir.