Milli komandalarımız beynəlxalq turnirda iştirak edəcəklər

Milli komandalarımız beynəlxalq turnirda iştirak edəcəklər

22 yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandası Rusiyaya???????? yollanıb.

ABF-dən Mediasport.az saytına verilən məlumata görə, yığma sentyabrın 21-25-də Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılacaq.

Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Rusiyada ölkəmizi Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil edəcəklər.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) və Lalə Namazlını (63 kq) sınayacaq.