Bolqarıstanlı voleybolçu İsveçrə təmsilçisindən "Gəncə"yə keçdi

  Bolqarıstanlı voleybolçu İsveçrə təmsilçisindən "Gəncə"yə keçdi

"Gəncə" voleybol klubu Nikol Duleva ilə 1 illik müqavilə imzalayıb.

Mediasport.az xəbər verir ki, o, ötən mövsümü İsveçrənin VFM klubunda keçirib.

"Gəncə"bu transferə qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.