1-ci Liqa yaradılacaq - Federasiya prezidenti Şahin Bağırov AÇIQLADI

1-ci Liqa yaradılacaq - Federasiya prezidenti Şahin Bağırov AÇIQLADI

Azərbaycanda voleybol üzrə 1-ci Liqa yaradılacaq.

Mediasport.az xəbər verir, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov ölkə çempionatlarının püşkatma mərasimində məlumat verib.

O, bu cür planlarının olduğunu və bunun üçün mühüm addımlar atacaqlarını bildirib.

Ş.Bağırov federasiyanın əsas hədəflərini də açıqlayıb:

"Başlıca məqsəd dəyərlər, kütləvilik və populyarlıqdır. Uşaqlara voleybolun gözəl tərəflərini göstərməliyik. Kütləviliyi təmin etmək üçün Bakıdan kənarda yarışlar keçirməyi planlaşdırırıq.

Bu hədəflərin həyata keçirilməsi üçün infrastrukturun genişləndirilməsinə çalışacağıq. Klubların fəaliyyətini təkmilləşdirmişik.

Çimərlik voleybolunun inkişafını prioritet məsələ kimi qarşımıza qoymuşuq. Bu istiqamətdə yerli mütəxəssislərlə iş aparırıq".