Yığma Bosniyaya getdi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək.
MediaSport.az xəbər verir ki, komandamız tam Bosniya və Herseqovinaya yolanıb.
Ataman Güneyligilin rəhbərlik etdiyi yığma Seniça şəhərində bir həftə təlim-məşq toplanışı keçəcək. Voleybolçularımız hazırlıq çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq matçında gücünü sınayacaqlar.
İyulun 24-də Bakıya qayıdacaq millimiz hazırlığı paytaxtda davam etdirəcək.