"Xarı Bülbül" cavab oyununa çıxır
Bu gün kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” komandası Çağırış Kubokunun 1/16 final mərhələsində növbəti oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Yunanıstanda “Panathinaikos” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Şuşa təmsilçisi Yunanıstan komandasına 0:3 hesabı ilə məğlub olub.