"MediaSport" dekabrda yazdı, Kamran Quliyev dönəmi başa çatdı - RƏSMİ
Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.
Bu barədə "ağ-qaralar"ın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
Qeyd edək ki, MediaSport.az Kamran Quliyevlə Laurentsiu Regekampfın istefaya göndəriləcəyini hələ 2022-ci il dekabrın 3-də xəbər vermişdi - https://mediasport.az/kamran-quliyev-donemi-basa-catdi-regekampf-da-gonderilecek