"Neftçi"dən yeni transfer - RƏSMİ

"Neftçi"dən yeni transfer - RƏSMİ

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, bu barədə klubun media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında məlumat verib.

Klub rəsmisi oyunçunun adını açıqlamasa da, sol cinah müdafiəçisi olduğunu bildirib:

"Hazırda tibbi müayinədən keçir. Bu gün və ya sabah keçid rəsmən açıqlanacaq".

Xatırladaq ki, "ağ-qaralar" Azərbaycan Premyer Liqasında 3 turdan sonra 2 xalla 7-ci pillədə qərarlaşıb.