Avropa Liqasında əsas mərhələ: "Qarabağ"ın üzvü "3-lüy"ü bölüşür

Avropa Liqasında əsas mərhələ: "Qarabağ"ın üzvü "3-lüy"ü bölüşür

UEFA Avropa Liqasının əsas mərhələsinin 1-ci tur görüşlərindən sonra statistik göstəricilər açıqlanıb.

Mediasport.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao top uğrunda mübarizələrdə uğurlu göstəricilərinə görə liderlər sırasında yer alıb.

Braziliyalı yarımmüdafiəçi 5 dəfə top almaqla beş həmkarı ilə 3-cü yeri bölüşür.

Sıralamanın lideri Macarıstanın “Ferensvaroş” klubunun üzvü Endre Botkadır (8).

İkinci pillədəki Ceymc Tavernier ("Reyncers", Şotlandiya) 6 dəfə top alıb.

Xatırladaq ki, Azərbaycan çempionu "Tottenhem"ə İngiltərədə 0:3 hesabı ilə məğlub olub..