"Sumqayıt" Qətərə yollanıb

"Sumqayıt" Qətərə yollanıb

“Sumqayıt" akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları Qətərin paytaxtı Doha şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. 

Mediasport.az xəbər verir ki, Sumqayıt təmsilçilərinin turnirdə iştirakı bu ölkənin məşhur "Aspire" Akademiyasının dəvəti ilə baş tutacaq.

"Gənclik şəhəri"nin nümayəndə heyəti bu gün Qətərə yola düşüb.