Çempionlar Liqasında 7-ci tura bu gecə 9 oyunla yekun vurulacaq
Bu gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində 7-ci tura yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə də 9 matç keçiriləcək.
Geridə qalan nəticələrdən sonra iki komandanın 1/8 finala yüksələcəyi dəqiqləşib.
7 turun hamısında qalib gələn "Liverpul"la yanaşı, "Barselona" da adını pley-offa yazdırıb.
UEFA Çempionlar Liqası. Əsas mərhələ. 7-ci tur
21:45. “Leypsiq” (Almaniya) - “Sportinq” (Portuqaliya)
21:45. “Şaxtyor” (Ukrayna) - “Brest” (Fransa)
00:00. “Real” (İspaniya) - “Zalsburq” (Avstriya)
00:00. PSJ (Fransa) - “Mançester Siti” (İngiltərə)
00:00. “Sparta” (Çexiya) - “İnter” (İtaliya)
00:00. “Arsenal” (İngiltərə) - “Dinamo” (Xorvatiya)
00:00. “Seltik” (Şotlandiya) - “Yanq Boys” (İsveçrə)
00:00. “Feyenoord” (Niderland) - “Bavariya” (Almaniya)
00:00. “Milan” (İtaliya) - “Jirona” (İspaniya)