Azərbaycan cüdoçularının təlim-məşq toplanışı start götürdü
Azərbaycan cüdoçularının Avstriyanın Mittersil şəhərində Olimpiya təlim-məşq toplanışı start götürüb.
Mediasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan beynəlxalq toplanışda Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev daxil olmaqla 30 azərbaycanlı tatami ustası iştirak edir.
Bu təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur.
Yanvarın 7-də başlayan hazırlıq prosesi 15-dək davam edəcək.
Toplanışda ümumilikdə 44 ölkədən 848 idmançı iştirak edir.