PSJ və "Bavariya" 1/4 finala yüksəlib - UEFA Çempionlar Liqası

PSJ və "Bavariya" 1/4 finala yüksəlib - UEFA Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.

Mediasport.az xəbər verir ki, startda 1/4 finala adlayan iki kollektivin adına aydınlıq gətirilib.

"Bavariya" və PSJ cavab matçlarını üstünlüklə qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin ediblər.


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları


“Bavariya” (Almaniya) – “Latsio” (İtaliya) 3:0

Qollar: Harri Keyn, 39, 66, Tomas Müller, 45+2.

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Münhen, “Allyans Arena”. İlk oyun - 0:1


“Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) 1:2

Qollar: Mikel Merino, 89 - Kilian Mbappe, 15, 56.

Baş hakim: Maykl Oliver (İngiltərə)

San Sebastian, “Reale Arena”. İlk oyun - 0:2