Azərbaycan millisinin futbolçusunu başqa komandaya göndərdilər
Azərbaycan millisinin futbolçusu Emil Mustafayev Ukraynada klubunu dəyişib.
Mediasport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçisi mövsümün qalan hissəsini Premyer Liqanın digər komandası “Çernomores"də davam etdirəcək.
“Polessye” yığmamızın üzvünü 6 aylıq icarəyə verib.
Odessa təmsilçisi 17 turdan sonra 12 xalla 15-ci pillədə qərarlaşıb.
Mustafayevin Jitomirin klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.