"Qarabağ" - FKSB oyununa hakim təyinatları açıqlandı - Avropa Liqası
Yanvarın 23-də Bakıda UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - FKSB (Rumıniya) oyununun hakimlər briqadası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, görüş Slovakiyadan olan ədalət təmsilçilərinə həvalə edilib.
Baş hakim Filip Qlovun yan xətdə köməkçiləri Daniel Polaçeklə Peter Bednar olacaqlar.
Dördüncü hakim funksiyasını Lukaş Zivyak yerinə yetirəcək, VAR-da Mihal Oçenaş, AVAR-da Martin Dohal əyləşəcək.
Görüşün hakim-inspektoru qismində isveçli Martin Hansson, UEFA nümayəndəsi kimi isə belaruslu Natalya Vorobyova çalışacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:45-də start götürəcək.
Azərbaycan çempionu turnir cədvəlində 3 xalla 33-cü, FKSB 11 xalla 10-cu pillədə qərarlaşıb.