Azərbaycan millisinin futbolçusu Superliqa klubunda çıxış edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Superliqa təmsilçisi “Amedspor” komandasına keçib.
Qeyd edək ki, Məhsimova son olaraq çıxış etdiyi Türkiyənin “Bəylərbəyi” komandasından dünən ayrılıb.