"Sabah" klubu Qazaxıstan milli komandasının üzvünü transfer etdi

"Sabah" klubu Qazaxıstan milli komandasının üzvünü transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər evrir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra Masazır klubunun uğurları üçün çalışacaq.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.