"Şamaxı"dan ayrılan Qurban "Qarabağ"la müqavilə bağladı
“Şamaxı”dan ayrılan Qurban Səfərov karyerasını "Qarabağ"da davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edəcək.
Azərbaycanın U-21 millisinin üzvü “Operativ Media”ya açıqlamasında xəbəri təsdiqləyib.
O, 1-ci Liqa klublarından təkliflərinin olduğunu, amma orada çıxış etmək istəmədiyini bildirib.
Xatırladaq ki, Səfərov “Şamaxı”nın yetirməsidir.