“Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşsünlər"
2010-2011-ci illərdə "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş Mirça Rednik UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun Bakıda keçiriləcək “Qarabağ” - FKSB oyunu ilə bağlı fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, hazırda Rumıniya Superliqasında "UTA Arad"ı çalışdıran 63 yaşlı mütəxəssis komandaların şanslarını dəyərləndirib.
O, Azərbaycan çempionunu tərifləyib:
"Bizim vəziyyətimiz məlumdur, itirəcək heç nəyimiz yoxdur. FKSB yalnız qalib gəlməlidir. Lakin “Qarabağ” da çox keyfiyyətli və yaxşı komandadır. Onlar ölkənin ən güclüsüdür. FKSB-nin diqqətini ona yönəltmək istərdim ki, onlar “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşsünlər. Odur ki, çox da arxayınlaşmayın. Cici Bekali nə etmək lazım olduğunu bilir".
"Qarabağ" - FKSB qarşılaşması yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və matça 21:45-də start veriləcək.