"Azərsun Arena"da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Bu gün Azərbaycanın hər tərəfində 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunur.
Mediasport.az xəbər verir ki, faciə qurbanlarının xatirəsi "Qarabağ"ın bugünkü məşqində də yad olunub.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məşqdən öncə futbolçulara 20 Yanvar faciəsi ilə bağlı məlumat verib.
Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.