Fatih Tekke Azərbaycan milli komandasını çalışdıracaq!
Türkiyə milli komandasının keçmiş futbolçusu Fatih Tekke Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacaq.
Mediasport.az xəbər verir ki, bu iddia Türkiyə mətbuatı tərəfindən yayılıb.
Bildirilib ki, 47 yaşlı mütəxəssisin Azərbaycana səfəri, sadəcə, ziyarət xarakteri daşımır. O, "Liv Bona Dea" arenası və Milli Komandaların Təlim-Məşq Mərkəzi ilə tanış olmağa, müzakirələri üzbəüz aparmağa gəlib.
İddiaya görə, tərəflər arasından danışıqlar davam etdirilir.
Qeyd edək ki, Fatih Tekkenin son klubu ötən il "Alanyaspor" olub. 2015-ci ildən məşqçiliyə başlayan Tekke "Kayseri Erciyesspor", "Boluspor", "Manisaspor", "Denizlispor", "İstanbulspor", "Bursaspor" klublarını da çalışdırıb.