"Neftçi"nin dünənki xilaskarı: "Yavaş-yavaş hər kəs bunu görəcək"
"Qış fasiləsindən sonra oyuna qoşulmaq çətin olur. Düşünürəm ki, komanda şəklində yaxşı çıxış edə bildik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Andrey Ştoqrin deyib.
Ukraynalı futbolçu Azərbaycan Premyer Liqasının 19-cu turunun "Sabah"la görüşü haqda danışıb.
Komandasının qələbə qolunun müəllifi klubun televiziyasına açıqlama verib:
"Növbəti oyunlara köklənəcəyik. “Neftçi” kimi böyük komandada qol vurmaq qürurdur. Ümid edirəm ki, gələcək matçlarda da qollarla azarkeşlərimizi sevindirə biləcəm. Yaxşı toplanış keçmişik, yavaş-yavaş hər kəs bunu görəcək. Bir az bəxt amili çatışmır. Növbəti oyunlarda qələbələrimiz çox olacaq”.