"Neftçi" "Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” ilə qarşılaşacaq
“Neftçi”nin 17 yaşadək oğlanlardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək.
Mediasport.az xəbər verir ki, komanda fevralın 8-də qardaş ölkəyə yollanacaq.
Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri - “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.
Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.
Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri fevralın 9-15-i aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.