Stanislav Çerçesov "Sabah"ın baş məşqçisi ilə niyə əlaqə saxlayıb?

Stanislav Çerçesov "Sabah"ın baş məşqçisi ilə niyə əlaqə saxlayıb?

“Bu məsələ ilə bağlı “Sabah”ın baş məşqçisi Vasili Berezutski ilə danışmışam”.

Mediasport.az xəbər verir ki, bunu Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov deyib.

Rusiyalı mütəxəssis yığmanın qapıçısı Stas Pokatilovun Bakının “Sabah” klubuna keçməsinə münasibət bildirib:

“Pokatilova maraq var. Onların özləri bunu göstəriblər. Stasın bu çağırışı qəbul etməsi tərifə layiqdir. Digər tərəfdən qısa müddətdə heyətə düşməlidir. Çünki bu günlərdə onların oyunları var. Görək bu, onda necə alınacaq”.

Qeyd edək ki, 32 yaşlı qolkiper bu gün “Sabah”la müqavilə imzalayıb.