AFFA rəsmisi "Neftçi" - "Sabah" matçında hakim səhvini etiraf etdi

AFFA rəsmisi "Neftçi" - "Sabah" matçında hakim səhvini etiraf etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XIX turunun "Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizodlar ilə bağlı danışıb.

Mediasport.az xəbər verir ki, o, ilk olaraq 65-ci dəqiqədəki mümkün penalti epizodunu şərh edib:

“Sabah” komandasının üzvü Xəyal Əliyev cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin müdafiəçisi Yuri Matias top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiynə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik.

Lakin “Neftçi”nin oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz, “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır".

Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması 1:1 hesabı ilə başa çatıb.