"Qalatasaray" "Yanq Boys"a uduzub Çempionlar Liqası ilə vidalaşdı
Dünən futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə üç qarşılaşma keçirilib.
Türkiyə təmsilçisi "Qalatasaray" İsveçrə klubu "Yanq Boys"a ikinci oyunda da uduzaraq əsas mərhələyə yüksələ bilməyib.
Bu raundda məğlub olan kollektivlər mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcəklər.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab matçları
27 avqust
"Qalatasaray" (Türkiyə) - "Yanq Boys" (İsveçrə) 0:1 (ilk oyun - 2:3)
"Sparta" (Praqa, Çexiya) - "Malmö" (İsveç) 2:0 (ilk oyun - 2:0)
"Zalsburq" (Avstriya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:1 (2:0)