Mahir Emreli Bundesliqada növbəti qələbəsini qazandı
Almaniya 2-ci Bundesliqasında 18-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” doğma meydanda “Karlsrue” ilə qarşılaşıb.
Miroslav Klozenin komandası son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb.
28 yaşlı forvard 72 dəqiqə meydanda olub, ilk hissənin sonlarında sarı vərə ilə yadda qalıb. O, limiti doldurduğu üçün növbəti turu buraxacaq.
Xallarının sayını 25-ə çatdıran "Nürnberq” 11-ci pillədəki yerini və liderlə 9 xallıq fərqi qoruyub.