Milli komandamızın sabiq baş məşqçisi İngiltərədə kubok qazandı
Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi “Ridinq Rokets” basketbol klubu İngiltərə milli kubokun qalibi olub.
Mediasport.az xəbər verir ki, həmyerlimizin komandası finalda “Hemel Storm”u 108:83 hesabı ilə məğlub edib.
Bu, Nuruzadənin komandası üçün 2013/14 mövsümündən sonra ilk tituldur.
O, kuboku qazanması haqda bunları deyib:
“Bu gözəl hissdir, biz uzun müddətdir ki, bunun üçün çalışırıq. “Ridinq Rokets” çox uğurlu klubdur və bəzən finallarda məğlub olsaq da, bu dəfə yaxşı çıxış etdik”.
Xatırladaq ki, millimizin sabiq çalışdırıcısının komandası İngiltərə Basketbol Liqasının (EBL) finalında məhz “Hemel Storm”a məğlub olmuşdu.