ACF rəsmiləri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Cüdo Federasiyası (ACF) rəsmiləri BP şirkətinin nümayəndə heyəti ilə adaptiv cüdo layihəsi üzrə görüş keçiriblər.
Mediasport.az xəbər verir ki, bp şirkətinin üzvləri ACF-nin fəaliyyəti, həmçinin son bir ildə həyata keçirilən adaptiv cüdo layihəsinin nəticələri ilə tanış olublar.
Görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə Hartfordshire Universitetinin professoru Mayk Kallen, Avropa Cüdo Birliyinin Təhsil komitəsinin üzvü Nuno Delqado və hər iki təşkilatın digər nümayəndələri iştirak ediblər.