Azərbaycan Kubokunda püşk atıldı
Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb.
Mediasport.az xəbər verir ki, "Sabah", "Sərhədçi", "Naxçıvan" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan başlayacaqlar.
1/8 finalda "Sumqayıt" - "Neftçi", "Gəncə" - "Ordu", "Abşeron" - "Quba" və "Lənkəran" - NTD duelləri baş tutacaq.
Bir görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv 1/4 finala yüksələcək.
Yarışa yanvarın 28-də start veriləcək.
Kubokun son qalibi ötən mövsüm "Neftçi" olub.