Kloze Mahir haqda: "O, artıq necə və harada hərəkət edəcəyini bilir"
Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emrelinin “Karlsrue” ilə oyununda (2:1) çıxışı haqda danışıb.
Mediasport.az xəbər verir ki, mütəxəssis yığmamızın forvardı Mahir haqda müsbət fikirlər səsləndirib:
"Mahir cərimə meydançasının daxilində ən azından rəqibin iki mərkəz müdafiəçisinin diqqətini cəlb etməli idi. Tsimas bunu təkbaşına edə bilməzdi. Mahir Emreli güclü oyun nümayiş etdirdi. Onun üçün topun daim nəzarətində olması vacibdir. Əks halda bu, onun üçün daha çətindir. O, artıq necə və harada hərəkət edəcəyini bilir".
Qeyd edək ki, Mahir “Karlsrue” ilə görüşdə meydana start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.